Kanada ABŞ-nin yeni tariflər tətbiq edəcəyi təqdirdə cavab verəcək – Baş nazir

Kanada ABŞ-nin yeni tariflər tətbiq edəcəyi təqdirdə cavab verəcək – Baş nazir

02.04.2025 Off By Füzuli İsmayılov

Kanada hakimiyyəti ABŞ administrasiyasının aprelin 2-də tətbiq etməyi planlaşdırdığı yeni ABŞ tariflərini cavabsız qoymayacaq.

Hakimiyyet.info.az-ın məlumatına görə, bu barədə Kanadanın baş naziri Mark Karni deyib.

“Təbii ki, o zaman elan olunanları maraqla izləyəcəyik. Kanadaya yeni məhdudiyyətlər tətbiq olunarsa, biz cavab tədbirləri görəcəyik”, – deyə o bildirib.

Eyni zamanda, o, Ottavanın “ehtiyatlı yanaşmaya” ehtiyac duyacağını açıqladı, çünki Kanadanın Amerika mallarına tariflərin tətbiq edə biləcəyi ilə bağlı seçimi məhdudtdur.

“ABŞ ilə rəqabəti bərabərləşdirmək üçün görə biləcəyimiz tədbirlər var”, – deyə o əlavə edib.

Share