Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxsin fəaliyyətinə xitam verilib

Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxsin fəaliyyətinə xitam verilib

03.04.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumata görə, eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin fəaliyyətlərinə xitam verilib.

Qeyd edilib ki, sözügedən şəxslərin dövlət qulluğuna öz istəkləri ilə xitam verilib.

Share