Myanmada 4,7 bal gücündə zəlzələ olub
04.04.2025Myanmada 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Mandalay şəhərindən 41 km cənubda yerləşib. Təkanların ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.











