Vyetnam ABŞ-yə qarşı rüsumları ləğv etməyə hazırdır – Tramp
04.04.2025ABŞ prezidenti Donald Tramp Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və prezidenti To Lam ilə Hanoyun ABŞ ilə ticarət razılaşması müqabilində bütün tarifləri qaldırmağa hazır olduğunu müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə indicə çox məhsuldar telefon danışığı apardıq. O bildirib ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə, tarifləri sıfıra endirməyə çalışacaq”, – deyə o bildirib.
ABŞ lideri, həmçinin vyetnamlı həmkarına bütün ölkə adından təşəkkür edib və yaxın gələcəkdə onunla görüşə ümid etdiyini bildirib.
Aprelin 3-də D.Tramp Vyetnama 46%-lik cavab rüsumları tətbiq edib. Onlar aprelin 9-dan qüvvəyə minəcək.











