Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb

Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb

06.04.2025 Off By Füzuli İsmayılov

Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növündə yarımfinal oyunlarına start verilib.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi Gəray Məmmədli 1/2 finalda Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da G. Məmmədli bürünc medal əldə edib.

Bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə – idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3×3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.

Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)
Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)
Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)
Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)
Share