İranda 4 bal gücündə zəlzələ baş verib

İranda 4 bal gücündə zəlzələ baş verib

06.04.2025 Off By Füzuli İsmayılov

İranda Fars əyalətinin Lamerd şəhərində yerli vaxtla saat 10:17-də 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend “Mehr” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Təhlükəsizlik orqanları və xilasedicilər vəziyyəti nəzarətdə saxlayır.

Share