Azərbaycan və İsrail arasında Anlaşma Memorandumu imzalanıb
08.04.2025Azərbaycan və İsrail arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Facebook” hesabında paylaşım edib.
“İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik.
İnnovasiya, süni intellekt, #kibertəhlükəsizlik, #kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik.
İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik.
Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalandı”, – paylaşımda qeyd olunub.











