Azərbaycan birinci rübdə aqrar məhsulların ixracını 12%-dən çox artırıb

Azərbaycan birinci rübdə aqrar məhsulların ixracını 12%-dən çox artırıb

08.04.2025 Off By Füzuli İsmayılov

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 239,6 milyon ABŞ dolları dəyyərində aqrar və aqrar-sənaye məhsulları ixrac edilib.

Trend bu bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.

Bu ixracın 170,5 milyon ABŞ dolları aqrar məhsulların ixracının payına, 69,1 milyon ABŞ dolları isə aqrar-sənaye məhsullarının ixracının payına düşür.

Aqrar məhsulların ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,3%, aqrar-sənaye məhsullarının ixracı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6% artıb.

Share