Son bir ildə dünyanın ən yaxşı çıxış edən qapıçıları açıqlanıb

Son bir ildə dünyanın ən yaxşı çıxış edən qapıçıları açıqlanıb

09.04.2025 Off By Füzuli İsmayılov

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) son bir ildə dünyanın ən yaxşı çıxış edən qapıçılarının reytinqini açıqlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, 100 nəfərin yer aldığı siyahıya Fransanın PSJ klubunun italiyalı qolkiperi Canluici Donnarumma başçılıq edir.

İtaliyanın “İnter” komandasının qapıçısı Yann Zommer ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə İspaniya təmsilçisi “Real Madrid”in belçikalı oyunçusu Tibo Kurtua tamamlayır.

Qeyd edək ki, siyahı oynanılan matçların nəticələrinə, çempionatda mübarizə aparan komandaların müdafiə göstəricilərinə görə edilən qurtarışların fail nisbətinə əsasən tərtib edilib.