“Barselona” və PSJ qələbə qazanıblar – UEFA Çempionlar Liqası
10.04.2025Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Hakimiyyet.info.az xəbər verir ki, Fransada keçirilən qarşılaşmada PSJ doğma meydanda “Aston Villa”nı qəbul edib.
İngiltərə təmsilçisi hesabı açsa da, parislilər oyunda üstünlüyü ələ alaraq 3:1 hesabı ilə qələbə qazanıblar.
Günün digər oyunu isə İspaniyada baş tutub. “Barselona” doğma azarkeşlər önündə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Hans Flikin rəhbərlik etdiyi komanda rəqibini darmadağın edərək 4:0 hesabı ilə qalib gəlib və yarımfinala bir addım da yaxınlaşıb.
Qeyd edək ki, cavab oyunları 15-16 aprel tarixlərində keçiriləcək.











