Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək

10.04.2025 Off By Füzuli İsmayılov

Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Hakimiyyet.info.az xəbər verir ki, gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.

Belə ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Share