Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

10.04.2025 Off By Füzuli İsmayılov

Aprelin 9-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Hakimiyyet.info.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 5 patron darağı və 255 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Share