Ağstafada məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI

Ağstafada məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI

10.04.2025 Off By Füzuli İsmayılov

Ağstafada məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti məlum olub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 09.04.2025-ci il tarixində saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.

“Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb”,- qurumdan əlavə edilib.

Qeyd edək ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir

Share