İndoneziya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
10.04.2025İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hakimiyyet.info.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız mübarək!”.











