“Realmedia.az” saytının rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edildi
11.04.2025“Realmedia.az” saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bildirək ki, prokuror Ramin Qurbanovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə itiham edilib.











