Qəbələdə 17 yaşlı oğlan itkin düşüb

Qəbələdə 17 yaşlı oğlan itkin düşüb

12.04.2025 Off By Füzuli İsmayılov

Qəbələdə 17 yaşlı oğlan itkin düşüb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.

M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunub.

Share