Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb

Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb

15.04.2025 Off By Füzuli İsmayılov

Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivinin nəqliyyat əlçatanlığı artırılıb.

Bu barədə Hakimiyyet.info.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 km uzadılıb.

Qeyd edilib ki, dəyişiklik nəticəsində “Koroğlu” NMM – Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

Share