Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib

18.04.2025 Off By Füzuli İsmayılov

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Hakimiyyet.info.az xəbər verir ki, turnirdə 38 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparırlar.

İdmançılar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirirlər.

Azərbaycanı fərdi proqramda çıxış edən Kamilla Seyidzadə ilə Zöhrə Cəfərova təmsil edir.

Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, yarışlara aprelin 20-də yekun vurulacaq.

Share