“Google” yeni “Android 16” əməliyyat sisteminin beta versiyasını təqdim edib

“Google” yeni “Android 16” əməliyyat sisteminin beta versiyasını təqdim edib

18.04.2025 Off By Füzuli İsmayılov

“Google” korporasiyası “Android 16” əməliyyat sisteminin dördüncü beta versiyasını buraxıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Android” tərtibatçılarının bloqunda məlumat yayılıb.

Dördüncü beta versiya “Android 16”nın rəsmi buraxılışından əvvəl sonuncu yığımı sayılır. “Google” mühəndisləri yeni beta versiyasının təzə funksiyaları barədə ətraflı məlumat verməsələr belə, onda təhlükəsizliklə bağlı bəzi boşluqların aradan qaldırdıldığı deyilir.

Xatırladaq ki, “Android 16” əməliyyat sisteminin üçüncü beta versiyası martın ortalarında “işıq üzü görmüşdü”.

Hazırda yeni çıxan beta versiyanı “Google”, “Iqoo”, “Lenovo”, “OnePlus”, “Sharp”, “Oppo”, “Realme”, “Vivo”, “Xiaomi” və “Honor” mobil cihazlarına quraşdırmaq olur.

Share