Roma Papası Fransisk dünyasını dəyişib

Roma Papası Fransisk dünyasını dəyişib

21.04.2025 Off By Füzuli İsmayılov

Roma Papası Fransisk xəstəxanada dünyasını dəyişib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

“Papa Fransisk 2025-ci il aprelin 21-də bazar ertəsi günü, 88 yaşında Vatikanda Santa Martadakı iqamətgahında vəfat edib”, – deyə bildirilib.

Bundan başqa, Vatikan Telekanalında kartdinal Kevin Farrelin videomüraciətində bildirilir ki, ikitərəfli pnevmoniyanın fəsadlarından əziyyət çəkən 88 yaşlı pontifik bugün yerli vaxtla 7:35-də dünyasını dəyişib.

“Əziz qardaşlar və bacılar, dərin kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm,” – Kardinal Kevin Ferrell qeyd edib.

Qeyd edilir ki, əsl adı Xorxe Mario Bergoglio olan əslən argentinalı Roma papası 2013-cü ilin mart ayında Vatikan kilsəsinin başına gəlmişdi. O xristianlıq tarixinin Cənubi Amerikadan olan ilk pontifiki sayılırdır.

Share