İranda zəlzələ olub

İranda zəlzələ olub

21.04.2025 Off By Füzuli İsmayılov

Bu gün yerli vaxtla 14:12-də İranın cənubunda yerləşən Fars vilayətinin Sepidan rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Hakimiyyet.info.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Share