Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə – 19 nəfər xəstəxanalıq oldu
21.04.2025Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.
Hakimiyyet.info.az-ın əldə etdiyi məlumata görə, hadisə tekstil fabrikində baş verib.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub, zəhərlənənlər tibb müəssisələrinə hospitalizasiya edilib.
Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”,- deyə əlavə edilib.











