Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

29.04.2025 Off By Füzuli İsmayılov

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,34 ABŞ dolları və ya 1,95% azalaraq, 67,21 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar və ya 2,02% ucuzlaşaraq 65,47 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,35 dollar və ya 2,52% azalaraq, 52,24 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 dollar və ya 2,7% azalaraq 65,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Share