Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq
29.04.2025Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Hakimiyyet.info.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,- deyə o əlavə edib.











