İran xarici işlər nazirinin müavini Bakıya gəlir

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

30.04.2025 Off By Füzuli İsmayılov

İran xarici işlər nazirinin müavini və XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə bu həftə Azərbaycana səfər edəcək.

Hakimiyyet.info.az bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, iranlı nazir müavini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti əsasında Bakıya səfər edəcək. Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub.

Xətibzadə mərkəzin ixtisaslaşdırılmış panellərində iştirak edəcək.

Share