Qubada 5 otaqlı ev yanıb

Qubada 5 otaqlı ev yanıb

02.05.2025 Off By Füzuli İsmayılov

Qubada 5 otaqlı ev yanıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

“Yüksək temperaturdan bitişik sahəsi 30 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd edilib.

Share