Ötən ay İranla sərhəddə naryada qarşı odlu silahdan istifadə edən 2 nəfər zərərsizləşdirilib – DSX

Ötən ay İranla sərhəddə naryada qarşı odlu silahdan istifadə edən 2 nəfər zərərsizləşdirilib – DSX

02.05.2025 Off By Füzuli İsmayılov

İran İslam Respublikasından 2 (iki) pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 (iki) nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti üzrə 2025-ci ilin aprel ayının icmalında deyilir.

Eyni zamanda, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə, 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Share