Bakıda avtobusların sayını artırmağa çalışırıq – AYNA

Bakıda avtobusların sayını artırmağa çalışırıq – AYNA

02.05.2025 Off By Füzuli İsmayılov

Avtobus zolağı əvvəllər müsbət qarşılanmırdı. Lakin indi hərəkət iştirakçıları atılan addımların müsbət tərəflərini görürlər.

Hakimiyyet.info.az xəbər verir ki, bunu AYNA-nın Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, mikrobillik fəaliyyəti istiqamətdə vətəndaş eyni reaksiyanı göstərirdilər:

“Xətləri çəkmisiniz, kim sürür” kimi suallar yaranırdı. Media sayəsində biz bu mədəniyyətin də formalaşmasına nail olacağıq”.

Departament direktorunun sözlərinə görə, məqsəd odur ki, 2030-cu ilədək Bakı ən gözəl şəhərlər sırasına girməlidir:

“Bunun üçün nəqliyyat infrastrukturunun inkişafında da müəyyən adddımlar atılmalıdır.

Biz çalışırıq ki, avtobusların sayını artıraq. Bu sahədə operator şirkətlərlə çalışırıq”.

Share