Mərakeş Krallığının xanım şahzadəsi Fəxri xiyabanı ziyarət edib
05.05.2025Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Hakimiyyet.info.az xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.











