“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

05.05.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 405 (Cild I) 3-cü maddəsinin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2025-ci il 

Share