Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verilib
05.05.2025Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.











