Birinci siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib

Birinci siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib

06.05.2025 Off By Füzuli İsmayılov

6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsi isə 12–31 may tarixlərini əhatə edəcək.

Qeyd edilib ki, saat 15:00-dan ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılacaq.

“Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat, seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyə olunur”,- deyə əlavə edilib.

Share