Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi AÇIQLANDI

Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi AÇIQLANDI

06.05.2025 Off By Füzuli İsmayılov

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün Abituriyentlər 26 may-8 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Share