YETMİŞ YAŞIN DOST TƏBRİKİ

YETMİŞ YAŞIN DOST TƏBRİKİ

12.05.2025 Off By Füzuli İsmayılov

Elə insanlar var ki, yaxşı əməlləri, səmimi davranışları, xeyirxahlıqları ilə ürəklərdə iz buraxır. Özü yaşadıqca yaşatmağı da bacarır. Belələrindən biri də mənim üçün çox dəyərli, əziz olan Şirinbəy Nəzərovdu (əslində hamı onu Rasif deyə çağırır). Mayın 10-da 70 yaşını qeyd edən dostumuza yubiley hədiyyəsi olaraq bir şeir həsr etdim. Arzu və istəklərimi şeir parçası ilə çatdırmağa çalışdım.

YETMİŞ YAŞIN MÜBARƏKDİ

Dəyərli dost, əziz qardaş,
Qəlbə yaxın həmdəm, sirdaş,
Üzün gülsün daima kaş,
Sənə qarşı xoş diləkdi-
Yetmiş yaşın mübarəkdi.

Ağarəhim qədir bilsin,
Həzərxana deyin, gəlsin,
Xanoğlanın üzü gülsün,
Kəsdikləri duz-çörəkdi-
Yetmiş yaşın mübarəkdi.

Səksən gələr, doğsan gələr,
Dost-tanışın üzü gülər.
Xeyirlisin tanrı bilər,
Sənə Allah bil, köməkdi-
Yetmiş yaşın mübarəkdi.

Adın kimi şirin, balsan,
Mərd kişisən, əhli-halsan.
Yüzə qədər belə qalsan
Deyəcəyəm, “Bu ürəkdi”-
Yetmiş yaşın mübarəkdi.

Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar birliyinin üzvü,
Prezident təqaüdçüsü.

Share