Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb – DİN

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb – DİN

12.05.2025 Off By Füzuli İsmayılov

Mayın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Hakimiyyet.info.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən, borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Share