Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı məlum olub

Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı məlum olub

23.05.2025 Off By Füzuli İsmayılov

Plan yerlərinin 28401-i dövlət sifarişlidir.

Hakimiyyet.info.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Orta ixtisas təhsili müəssisələrinə qəbul planı və ötən illə müqayisəsi isə aşağıdakı kimidir:

“2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.

Share