“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

23.05.2025 Off By Füzuli İsmayılov

“Microsoft” şirkəti əsas təyinatı şəxsi məlumatların oğurlanması olan “Lumma” (“LummaC2”) virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Şirkətin daxili təhlillərinə əsasən, martın 16-dan mayın 16-dək dünya üzrə 394 mindən çox “Windows” əməliyyat sistemli kompüter bu virusa yoluxub.

Bu barədə Trend korporasiyaya istinadən xəbər verir.

“LummaC2” MaaS modeli əsasında fəaliyyət göstərir və “Storm-2477” kibercinayət qrupunun “beyin məhsuludur”. Onun əsas təyinatı brauzerdən, kriptovalyuta pul qablarından və digər tətbiqlərdən məlumatları oğurlamaqdır.

“Microsoft” qeyd edir ki, zərərli proqram bir neçə kanal vasitəsilə, o cümlədən, fişinq tipli məktublar, zərərli reklam, gizli yükləmələr , troyanlar və saxta CAPTCHA avtorizasiya yolu ilə kompüteri yoluxdurur.

Share