Yevlaxda minik maşını yanıb

Yevlaxda minik maşını yanıb

26.05.2025 Off By Füzuli İsmayılov

Yevlaxda minik maşını yanıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib.

Belə ki, “Mitsubishi” markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub. Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb avtomobil isə yararsız hala düşüb.

Yanıq xəsarətləri alan şəxslər xəstəxanaya çatdırılıb. Yanğın zamanı xəsarət alanlar “Mitsubishi” markalı avtomobilin sürücüsü Əliyev Raquf Əvəz oğlu və avtomobildə olan Əsədov Akif Şiraslan oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Share