Koreyada təyyarə dağa çırpıldı – Ölənlər var

Koreyada təyyarə dağa çırpıldı – Ölənlər var

29.05.2025 Off By Füzuli İsmayılov

Cənubi Koreyada dağlıq əraziyə çırpılmış hərbi dəniz qüvvələrinə aid “P-3 Orion” patrul təyyarəsinin qəzaya uğraması nəticəsində azı 3 nəfər həyatını itirib.

Hakimiyyet.info.az xəbər verir ki, bu haqda “News1” məlumat yayıb.

Xilasedicilər dağıntı yerindən 2 nəfərin meyitini tapıb, digər iki nəfərin axtarışları davam etdirilir.

xxx

09:36

Cənubi Koreyada ölkənin hərbi dəniz qüvvələrinə aid patrul təyyarəsi qəzaya uğrayıb.

Hakimiyyet.info.az  xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.

Təyyarənin Pohanq şəhərinin cənub-şərqində yerləşən dağlıq əraziyə çırpıldığı bildirilir.

Hadisə vaxtı təyyarənin göyərtəsində 4 nəfər olub. Hələlik onların aqibəti barədə məlumat yoxdur.

Share