Bakı-Sumqayıt qatarı 14-16 iyunda bu qrafiklə hərəkət edəcək

Bakı-Sumqayıt qatarı 14-16 iyunda bu qrafiklə hərəkət edəcək

11.06.2025 Off By Füzuli İsmayılov

Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd edək ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Həmin tarix bazar gününə təsadüf etdiyinə görə, Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.

Share