Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

19.06.2025 Off By Füzuli İsmayılov

Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə 20.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Share