DÜNYASINI DƏYİŞƏN POLİS ZABİTİNİN ÖVLADINDAN BAYRAM TƏBRİKİ

DÜNYASINI DƏYİŞƏN POLİS ZABİTİNİN ÖVLADINDAN BAYRAM TƏBRİKİ

02.07.2025 Off By Füzuli İsmayılov

2 İyul Azərbaycan polisinin peşə bayramıdır…..

Bu gün – illərini bu çətin, amma şərəfli peşəyə həsr etmiş bütün mərd insanların günüdür.

Bu gün mənim üçün həm qürurlu, həm də duyğuludur…

Çünki mən bu formaya ömrünü vermiş, dövlətinə xidmət etmiş rəhmətlik bir polis zabitinin övladıyam.

Atam artıq həyatda olmasa da, onun peşəsinə olan sevgisi və cəsarəti mənim üçün həmişə örnək olub. Bu gün onu qürurla xatırlayıram…

Bu münasibətlə bu şərəfli peşədə ləyaqətlə çalışan və çalışmış polis əməkdaşlarını təbrik edirəm!

Rəhmətə gedən bütün polis əməkdaşlarını isə ehtiramla yad edirəm. Allah hər birinin ruhunu şad etsin!

Sizlər hər zaman xalqın keşiyində dayanmış, gecəni gündüzə qatmış, təhlükəni gözə almış insanlarsınız.

Bu forma sadəcə paltar deyil, məsuliyyət, güvən və xalqın inamıdır.

Polis Gününüz mübarək olsun!

İlkanə Əhmədova

Share