İspaniyada sərnişin təyyarəsi yanıb – Yaralılar var

İspaniyada sərnişin təyyarəsi yanıb – Yaralılar var

05.07.2025 Off By Füzuli İsmayılov

İspaniyanın Mayorka adasında “Ryanair” loukoster aviaşirkətinə məxsus sərnişin təyyarəsinda yanğın baş verib.

Hakimiyyet.info.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident Palma-de-Mayorka şəhər aerportunun ərazisində baş verib. Təyyarənin göyərtəsində alov meydana gəldikdən sonra içəridə olan sərnişinlər təşviş içində qəza çıxışından təyyarəni tərk etməyə başlayıblar.

Hadisə yerinə yanğın-mühafizə və polis dəstələri səfərbər olunub. Jurnalistlərin bildirdiyinə görə, hadisə nəticəsində 18 nəfər zərər çəkib.

“Onlardan altısı xəstəxanaya yerləşdirilib”, – deyə materialda qeyd olunur.

Yanğının səbəbləri barədə məlumat verilmir.

Share