Mingəçevirdə iki qayıq toqquşdu – Yaralılar var

Mingəçevirdə iki qayıq toqquşdu – Yaralılar var

05.07.2025 Off By Füzuli İsmayılov

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində iki ədəd mühərrikli qayıq toqquşub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəlaadə Hallar Nazirliyindən bildirilib.

“FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır”, – qurumdan qeyd edilib.

Share