İlk altı ayda dərmandan zəhərlənənlərin sayı açıqlandı

İlk altı ayda dərmandan zəhərlənənlərin sayı açıqlandı

07.07.2025 Off By Füzuli İsmayılov

2025-ci ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 275 nəfər qəbul edilib.

Bu barədə Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

“Həkimlərin səylərinə baxmayaraq onlardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb”,- deyə R.Məmməd əlavə edib.

Qeyd edək ki, ötən il dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 507 nəfər qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (3 nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib.

Share