Bu qatarlar üzrə hərəkət qrafikində dəyişiklik edilib

Bu qatarlar üzrə hərəkət qrafikində dəyişiklik edilib

08.07.2025 Off By Füzuli İsmayılov

ADY tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.

Bu barədə Hakimiyyet.info.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilir ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

Share