Bu il ölkə ərazisində qanunsuz ovetmə faktlarının sayı açıqlanıb

Bu il ölkə ərazisində qanunsuz ovetmə faktlarının sayı açıqlanıb

11.07.2025 Off By Füzuli İsmayılov

2025-ci ilin 6 ayı ərzində ölkə ərazisində 85 qanunsuz ovetmə faktı aşkarlanıb.

Bu barədə Trend-in sualına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, qanunsuz ovetmə faktları ilə bağlı 84 protokol tərtib edilib və 1 cinayət işi açılıb.

“Bu ilin ötən müddəti ərzində qanunsuz ov edənlər arasında 10 xarici ölkə vətəndaşı olub”, – deyə o qeyd edib.

Share