İspaniyada öküz qaçışı: 4 nəfər yaralanıb

İspaniyada öküz qaçışı: 4 nəfər yaralanıb

14.07.2025 Off By Füzuli İsmayılov

Bazar ertəsi İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi San Fermin festivalının son öküz qaçışından azı 4 nəfər yaralanıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, iri qabaritləri və böyük buynuzları ilə seçilən Miura cinsindən olan 6 öküz şəhərin qədim hissəsinin küçəsi ilə 846 metr irəliləyib. Qaçış 2 dəqiqə 16 saniyə ərzində tamamlanıb ki, bu da cari ilin rekord göstəricisi hesab olunub.

Festivalda yaralananlardan ikisi Navarra universitet xəstəxanasına təxliyə olunub.

Share