İndoneziyada vulkan püskürüb

İndoneziyada vulkan püskürüb

16.07.2025 Off By Füzuli İsmayılov

İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürüb.

Hakimiyyet.info.az  xəbər verir ki, bu barədə “Antara” agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Mütəxəssislərin verdiyi məlumata görə, vulkanik kül kraterin üzərindən 1 200 metr hündürlüyə, yəni dəniz səviyyəsindən 4091 metr yüksəkliyə qalxıb.

Bildirilir ki, kül şimal-şərq istiqamətində yayılır.

İndoneziya Respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Qarşısının Alınması Mərkəzi yerli sakinləri və turistləri ehtiyatlı olmağa, vulkanın krateri ətrafında 3 km-lik əraziyə yaxınlaşmamağa, eləcə də, tənəffüs yollarını vulkan tüstüsü və külündən qorumaq üçün maska və respiratorlardan istifadə etməyə çağırıb.

Share