Bakıda dənizdə batan şəxsin meyiti tapılıb

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb

19.07.2025 Off By Füzuli İsmayılov

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barıədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 18.07.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

09:15

Bakıda bir nəfər dənizdə batıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barıədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Share